Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çerniqovu bombalayan qırıcı vuruldu

Çerniqovu bombalayan qırıcı vuruldu

Tarix: 16 Mart 2022 14:50

Hava Hücumundan Müdafiə Qüvvələri düşmənin Çerniqovu bombalayan "Su" qırıcısı vurub.

Sonxeber.net UNİAN-a istinadən bildirir ki, bu barədə "Şimal" əməliyyat komandanlığı məlumat yayıb.

"Martın 16-sı səhər saatlarından etibarən "Şimal" operativ komandanlıq hissələrinin məsuliyyət zonasında vəziyyət nəzarətdə saxlanılır. Gecə hava hücumundan müdafiə sistemi Çerniqovu raketlərlə bombalayan "Su" tipli təyyarəni vurub. "Quş" yerə düşüb", - hesabatda deyilir.

Həmçinin müdafiəçilər zirehli texnikanın köməyi ilə Novoselovka ərazisinə girməyə cəhd edən rus əsgərlərin hücumunu uğurla dəf ediblər. Rusiyanın itkiləri dəqiqləşdirilir.

Aslan Məmmədov


Etiketlər:  Çerniqovu bombalayan qırıcı vuruldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ