Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı reper konsertindən əldə etdiyi gəliri ukraynalı qaçqınlara verdi

Rusiyalı reper konsertindən əldə etdiyi gəliri ukraynalı qaçqınlara verdi

Tarix: 16 Mart 2022 19:24

Rusiyalı reper Oksimiron (əsl adı Miron Fyodorov) martın 15-də İstanbulda "Ruslar müharibəyə qarşı" adlı xeyriyyə konserti keçirib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, reper konsertdən əldə edilən bütün vəsaiti ukraynalı qaçqınların uşaqlarına yardım üçün ayırdığını açıqlayıb. O, tviç və yutub platformalarında yayımlanan konsertdən qazandığı gəliri Polşa xeyriyyə təşkilatı Müqəddəs Nikolay Fondunun hesabına köçürdüyünü bildirib.

Qeyd edək ki, bu Oksimironun son altı ildə keçirdiyi ilk konsertdir. Martın əvvəlində Sankt-Peterburq və Moskvanın böyük məkanlarında keçirilməsi planlaşdırılsa da, müharibə səbəbindən təxirə salınmışdı. Musiqiçi bunu Rusiyada müharibəyə qarşı olan dinləyicilər üçün keçirdiyini açıqlayıb.


Etiketlər:  Rusiyalı reper konsertindən əldə etdiyi gəliri ukraynalı qaçqınlara verdi


RƏYLƏR