Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2022 21:58
ABŞ və onun NATO-dakı müttəfiqləri Ukrayna Silahlı Qüvvələrini Ukrayna səmasını Rusiyanın qanadlı raketlərindən qoruyacaq hava hücumundan müdafiə sistemləri ilə təmin edib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə CNN yüksək rütbəli ABŞ rəsmisinə istinadən yazır.
Bildirilir ki, söhbət sovet dövründən qalma zenit-raket komplekslərindən gedir: "Osa" (NATO təsnifatına görə - SA-8), S-300 sistemləri (SA-10, SA-12) və daşınan "Strela-3" zenit-raket kompleksləri (SA-14).
Bu sistemlər "Stinger" raketlərindən daha uzun məsafəyə malikdir və düşmənin qanadlı raketlərini vurmağa imkan verir.
Silahlar NATO-nun tərəfdaş ölkələri tərəfindən təmin edilib. Bu sistemlərin tədarükçü ölkəyə necə qaytarılacağı hələ bəlli deyil.
Qeyd edək ki, martın 11-nə Pentaqonun hesablamalarına görə, Ukrayna Hərbi Hava Qüvvələrində təxminən 56 döyüş təyyarəsi qalıb ki, bu da Ukrayna Hərbi Hava Qüvvələrinin müharibə başlayana qədərki imkanlarının təxminən 80%-ni təşkil edir.
Ukrayna pilotsuz uçuş aparatları və yer-hava tipli raketlərdən istifadə etdiyi üçün döyüş təyyarələrini itirməyib.