Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2022 16:24
Azərbaycanda "İkinci arvad" adlı şirkət yaradılıb. Sözügedən MMC, 10 avqust 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
Adı cəmiyyətdə birmənalı qarşılanmayan şirkətlə bağlı ARB TV-nin "Günə Doğru" verilişi sujet hazırlayıb.
Belə ki, şirkətin sahibi Pakistan vətəndaşı İmran Şehzaddır. Onun sözlərinə görə, "ikinci arvad" gələcəkdə Azərbaycanda fəaliyyətə başlayacaq olan restoranının adıdır. Bəs, niyə başqa ad yox, məhz ikinci arvad? Şirkət sahibi bunun bir marketinq siyasəti olduğunu deyir.
İmran Şehzad - Şirkət sahibi: "Adı belədir. Həyat yoldaşın yoxdursa gəlib bu restoranda qarnını doyura bilərsən".
Bəs, Azərbaycanda şirkət adlarına nəzarət varmı? İstənilən söz, ifadə şirkət adı olaraq seçilə bilərmi? Ekspertlər deyir ki, hər bir şəxsin şirkət təsis edərək, ona istədiyi adı vermək hüququ var. Amma müəyyən təşkilatlar, ictimai birliklər, banklar, sığorta şirkətlərinin adında, onların fəaliyətinin xarakterini göstərən bir məzmun olmalıdır.
Samir Qasımov - Hüquqşünas: "Adi MMC də belə bir tələb yoxdur. İstənilən şəxs şirkətinə istədəyi adı qoya bilər və bu artıq onun özünün mülahizəsinə bağlıdır".
Görünən odur ki, qanunvericilkdə adla bağlı hər hansı bir qadağa, tələb yoxdur.
Şamil Paşayev - Hüquqşünas: "Qanunla nizamlanmasa belə bu kifayət deyil. Çünki hüququn mahiyyəti eyni zamanda hüququn təməl prinsiplərinə, qəbul etdiyimiz konstitusiyamızın normalarına uyğun olmalıdır. Azərbaycan qanunvericiliyində "2-ci arvad" anlayışı cəmiyyətdə birmənalı qarşılanmayacaq".
Hər hansı şirkətə qoyulan ad, həm də həmin MMC-nin kommersiya fəaliyyətinə uyğun olmalıdır.