Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karxanaların fəaliyyəti ilə bağlı monitorinqlər aparılır - VİDEO

Karxanaların fəaliyyəti ilə bağlı monitorinqlər aparılır - VİDEO

Tarix: 17 Mart 2022 18:30

İmişli rayonu ərazisində yerləşən daş və qum-çınqıl karxanalarının monitorinqi aparılıb. Məlum olub ki, bəzi yataqlarda hasilat qaydalarına əməl edilmədiyindən araz çayının rayon ərazisindən keçən hissəsinin məcrası dəyişib.  Nöqsanlar  Bəhrəmtəpə 1, Bəhrəmtəpə 2 və İmişli qum-çınqıl yataqlarında aşkar edilib.

Sonxeber.net Xəzər TV-yə istinadənn xəbər verir ki, Araz çayının İmişli rayonundan keçən hissəsinin məcrası dəyişib. Çayın yatağında minerallaşma dərəcəsi dəyişib

Səbəb rayon ərazisində yerləşən Bəhrəmtəpə 1, Bəhrəmtəpə 2 və İmişliqum-çınqıl yataqlarında istismar qaydalarına əməl edilməməsidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin apardığı yoxlamalar belə deməyə əsas verir

Agentliyin Geoloji Ekspertiza və Reyestr şöbəsinin aparıcı mütəxəssisi geoloq Sadiq Əmiraslanov bildirib ki, daha çox Arazın qədim məcrasında yerləşən Bəhramtəpə 2 yatağında qaydalara əməl edilməyib. 

Bəhrəmtəpə-2 qum-çınqıl yatağının 50 % ərazisində karxana fəaliyyəti nəticəsində dərinliyi 22 m-ə qədər olan göllər əmələ gəlib.

Dəymiş ziyanın qarşılanması üçün agentlik məhkəməyə müraciət ediləcək. 


Etiketlər:  Karxanaların fəaliyyəti ilə bağlı monitorinqlər aparılır VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ