Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tanınmış ifaçıdan aktrisaya xoş gəldin gülləri

Tanınmış ifaçıdan aktrisaya xoş gəldin gülləri

Tarix: 18 Mart 2022 18:20

Tanınmış ifaçı Hiss rol aldığı filmin qalası üçün Azərbaycana gələn türkiyəli aktrisa Farah Zeynep Abdullaha gül göndərib. 

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə Farahın özü məlumat yayıb. 

Qırmızı qızılgüllərin videosunu instaqramın hekayə bölməsində paylaşan sənətçi Hissə təşəkkür edib. 

"Çox təəccübləndim və xoşbəxt oldum. Nə qədər kübar və şirinsən. Təşəkkür edirəm, xoş gördük", - deyə aktrisa bildirib. 

Hissin göndərdiyi buketin üzərində isə "Xoş gəldin, Fafa" qeydi yer alıb.

Milli.Az


Etiketlər:  Tanınmış ifaçıdan aktrisaya xoş gəldin gülləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ