Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Beşinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib

Beşinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib

Tarix: 18 Mart 2022 21:18

Finlandiya ard-arda beşinci dəfə dünyanın ən xoşbəxt ölkəsi seçilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə məlumat BMT-nin sifarişi ilə hazırlanmış Ümumdünya xoşbəxtlik məruzəsində yer alıb.

Bu gün açıqlanan reytinqə əsasən, Finlandiya əvvəlki illərdə olduğu kimi, digər dövlətləri bir neçə yüz balla qabaqlayıb.

Ən xoşbəxtlər beşliyinə, həmçinin Danimarka, İslandiya, İsveçrə və Niderland daxil olub. İlk onluqdakı sonrakı yerləri isə Lüksemburq, İsveç, Norveç, İsrail və Yeni Zelandiya tutub.

Ümumdünya xoşbəxtlik məruzəsi 2012-ci ildən dərc olunur. Tədqiqatçılar məruzəni tərtib edərkən əhalinin adambaşına düşən ÜDM, sosial dəstək səviyyəsi, ömür uzunluğu, vətəndaş azadlığına riayət olunması, məşğulluq zəmanəti, korrupsiyanın səviyyəsi kimi göstəriciləri, habelə ictimai rəy sorğularının nəticələrini nəzərə alırlar.

Milli.Az


Etiketlər:  Beşinci dəfə dünyanın xoşbəxt ölkəsi seçilib


RƏYLƏR