Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Suriya prezidentinin BƏƏ-yə səfərindən məyus olub

ABŞ Suriya prezidentinin BƏƏ-yə səfərindən məyus olub

Tarix: 19 Mart 2022 08:28

ABŞ Dövlət Departamenti Suriya prezidenti Bəşər Əsədin Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfərindən dərin məyusluq ifadə edib.

Bu barədə "Reuters" Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysa istinadən yazır.

Praysın sözlərinə görə, BƏƏ və başqa ölkələri Suriya ilə danışıq aparanda bu ölkənin son 10 ildə öz xalqına qarşı apardığı daxili siyasətini nəzərə almağa çağırıb.

Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Suriya prezidenti ilə görüşdə Suriyanı ərəblərin təhlükəsizliyinin əsas sütunu adlandırıb və onun ərazi bütövlüyü və sabitliyini dəstəkləyib.

Bundan əvvəl Suriya prezidenti Bəşər Əsəd bildirib ki, Qərb tərəfindən Rusiyaya qarşı davam edən ayrı-seçkilik dünya tarixində misilsizdir və beynəlxalq hüququn prinsiplərini sarsıdır.

Milli.Az


Etiketlər:  ABŞ Suriya prezidentinin BƏƏ səfərindən məyus olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ