Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Dörd ildir dırnaqlarıma boya çəkilir" - İlkin Həsəni

Tarix: 19 Mart 2022 15:15

Aparıcı-aktyor İlkin Həsəninin qızı Alisanın ad günüdür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat verib. İlkin qızının fotolarını paylaşaraq hisslərini belə ifadə edib:

"Deyirdiniz, qız övladı möcüzədir, qız atası olmaq fərqlilikdir və s. Bəli, düz deyirdiniz. 2018-in sevimli martında mənim də bir möcüzəm oldu, məni fərqli etdi. Düz 4 ildir ki, mənim də dırnaqlarıma boya çəkilir, saçlarıma rəngli sancaqlar taxılır, maşında oturacaqların altından balaca oyuncaqlar çıxır. Bu 4 il ərzində o qədər hadisələr, dəyişikliklər, itkilər oldu ki, saymaqla bitməz. Arzum budur ki, növbəti illər sənin və bütün balalar üçün xoşbəxtliklə dolu olsun. Doğum günün mübarək olsun, bu 4 ildə 2 müharibə və 1 pandemiya görmüş gözəl qızım".

Qeyd edək ki, İlkin 2017-ci ildə Aysel adlı xanımla ailə qurub.

Milli.Az


Etiketlər:  Dörd ildir dırnaqlarıma boya çəkilir İlkin Həsəni


RƏYLƏR