Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Butsunu 30 min avroya satdılar

Butsunu 30 min avroya satdılar

Tarix: 30 Aprel 2019 14:48

"Mançester Yunayted"in futbolçusu Pol Poqbanın butsları və forması hərracda satılıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Fransa millisinin üzvünün DÇ-2018-in finalında Xorvatiya ilə matçda (4:2) geyindiyi butsları 30 min avroya alıblar. Bu məbləğ Fransanın kasıb regionlarında yardıma ehtiyacı olan tələbələrə veriləcək.

Poqbanın Avro-2016-nın 1/4 finalında İslaniya ilə görüşdə geyindiyi forma isə 4 min avroya satılıb.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçinin DÇ-2018-in seçmə mərhələsində Hollandiya ilə görüşdəki forması isə 3 min avroya satılmışdı.

 


Etiketlər:  Butsunu avroya satdılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ