Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messiyə çağırış: “Özünü PSJ-yə aid hiss etmir”

Messiyə çağırış: “Özünü PSJ-yə aid hiss etmir”

Tarix: 19 Mart 2022 15:56

"Messi oyunu xüsusi edən futbolçudur. Lakin bunu edərkən olduğu yerdən həzz almalıdır".

Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, bunu "Barselona"nın müdafiəçisi Dani Alveş hazırda PSJ-də çıxış edən sabiq komanda yoldaşı Lionel Messi haqda danışarkən deyib.

38 yaşlı braziliyalı futbolçu Kataloniya klubunun keçmiş kapitanını doğma komandasına qayıtmağa çağırıb: "Leo özünü PSJ-yə aid hiss etmir. Bu, performansında əks olunur. Messi indiyə qədər sevimli işini sevimli yerində edirdi. Həmişə mənə deyirdi ki, onun üçün buradan yaxşı yer yoxdur. Hər hansı səbəbdən hazırda "Barselona"da deyil. Ümid edirəm ki, qayıdacaq".


Etiketlər:  Messiyə çağırış Özünü hiss etmir


RƏYLƏR