Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gizlənirəm…Oğlum dedi həyatımızı məhv etdin” - Efirdə müharibəni pisləyən Marina

“Gizlənirəm…Oğlum dedi həyatımızı məhv etdin” - Efirdə müharibəni pisləyən Marina

Tarix: 19 Mart 2022 18:20

Martın 14-də Rusiyanın "Birinci" kanalında efirə gedən "Vremya-Zaman" proqramının canlı efirində Ukraynadakı müharibəyə etiraz plakatı qaldıran jurnalist Marina Ovsyannikova hazırda dostlarının yanında gizlənir. 

Sonxeber.net azpost.info-ya istinadən bildirir ki, bu barədə jurnalist Almaniyanın "Der Spiegel" qəzetinə bildirib. O deyib ki, öz yaxınlarına və özünə görə ehtiyat edir.

Bununla yanaşı Marina vətəni tərk etmək barədə düşünmədiyini bildirib: "Dostlarımın yanındayam, gizlənirəm. Biz hamımız Rusiyada qalacağıq. Anam hələ də şokdadır. Oğlum məni danladı ki, bütün ailə üzvlərinin həyatını məhv etdin. Amma o indi ən çətin yaş dövründədir. Biz bir-birimizə danışırıq. Amma mənəvi cəhətdən çox ağırdır. Mən iki cəbhə arasında qalmışam. Ailəm məni lazımi qaydada dəstəkləmir"-deyə redaktor vurğulayıb.

Marina atdığı addıma necə hazırlaşdığını da deyib: "Mənim istirahət günüm idi. Hər şeyi hazırladım, kağız və marker aldım, mətbəxdə plakatı hazırladım, videoroliki çəkdim. Öz planlarımı hə ailəm, nə də həmkarlarımla müzakirə etməmişəm".

TV belə ciddi vəzifə tutan Ovsyannikovadan heç kim şübhələnməyib. Hər kəs öz işi ilə məşğul olarkən Marina efir studiyasına çıxıb və plakatı qaldırıb.

"Studiyanı nəzərdən keçirdim, kameraların harada durduğuna baxdım, necə hərəkət edəcəyini gördüm. Ona uyun harada dura biləcəyimi təxmin etdim. Zəhmətimin boşa çıxacağından, heç kimin məni görməyəcəyindən  çox qorxurdum. Sonra studiyanın yanında keçik çəkən polisin yanından keçərək tez studiyaya qaçdım. O sadəcə reaksiya verməyə imkan tapa bilmədi. Mən plakatı əlimdə tutaraq moderatorun arxasında durdum. Bundan sonra iş yerimə qayıdaraq gözləməyə başladım. Rəhbərlik gəldi-hamı təəccüblə soruşurdu-"Bunu sən eləmisən?!" Heç kim buna inanmaq istəmirdi"-deyə M.Ovsyannikova bildirib.


Etiketlər:  GizlənirəmOğlum dedi həyatımızı məhv etdin Efirdə müharibəni pisləyən Marina


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ