Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sarıköklə ağrılardan qurtulun RESEPT

Sarıköklə ağrılardan qurtulun RESEPT

Tarix: 19 Mart 2022 22:45

Yüngül ağrı olan zaman ağrıkəsici həbdən istifadə etməməyə dair həkimlər həmişə xəbərdarlıq edir. Ancaq ağrıya dözmək də deyildiyi qədər asan olmur. Bəs nə etməli?

Yüngül ağrılar üçün sarıköklü təbii ağrıkəsicilər təqdim edirik. Bu təbii qarışımlarla diş ağrıları, ayaqdakı göbələk, əzələ və oynaq ağrılarınızı azalda bilərsiniz. Araşdırmalara görə, narıncı rəngli sarıkök ağrılara qarşı olduqca effektlidir.

Diş ağrısı üçün...

Sarıkök çubuğunu şam işığında yanana qədər tutun. Sonra pudra halına gələnə qədər qaşığın tərsiylə əzin. Ağrıyan dişinizə və ətrafındakı diş ətinə sürtün.

Ayaqdakı göbələklərə qarşı...

1 çay qaşığı təzə rəndələnmiş sarıkökü ayağınızdakı göbələyə gündə 2 dəfə sürtsəniz, infeksiyanı öldürür və ağrısı keçir.

Oynaq və əzələ ağrıları...

Eyni miqdarda limon suyu, təzə rəndələnmiş sarıkök və duzu qarışdıraraq qarışım hazırlayın. Qarışımı əzələ və oynaqlarda ağrıyan hissəyə tətbiq edin.

Milli.Az


Etiketlər:  Sarıköklə ağrılardan qurtulun RESEPT


RƏYLƏR