Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sevgilisi Seda ilə alboma görə evlənir? - FOTO

Sevgilisi Seda ilə alboma görə evlənir? - FOTO

Tarix: 19 Mart 2022 23:26

Yeddinci dəfə evlənməyə hazırlaşan Seda Sayanın sevgilisi ilə bağlı qalmaqallı iddia irəli sürülmüşdü.

Bildirilirdi ki, sənətçinin eşq yaşadığı Çağlar Öktenin dörd ay əvvələ qədər başqa sevgi münasibətinin olub. Musiqiçini sevgilisi ilə Seda ayırıb. Ona ayrılacağı təqdirdə albom çıxaracağını vəd edib.

Milli.Az olay.az-a istinadən bildirir ki, Seda Sayan bu gün "İkinci sayfa" proqramına telefonla bağlanaraq iddiaların əssasız olduğunu söyləyib:

"Nəyinsə qarşılığında albom sözü vermək, həm mənə, həm də Çağların musiqiçi kimliyinə böyük təhqirdir. Mən onunla tanış olanda 5 il öncə evliliyini bitirmiş, 11 yaşında övladı olan subay bir oğlan tanımışam. DMC-yə üç albom sifarişi vermişəm: Çağlar Ökten, Esra Özmen, Safiye Soyman və mənim albomum. Siz  Çağları tanımırsınız, o, çox yaxşı musiqiçi, eyni zamanda da müəllimdir".

Qeyd edək ki, Seda 7-ci dəfə ailə həyatı quracaq. Onun növbəti toyu mayda Praqada keçiriləcək.

Milli.Az


Etiketlər:  Sevgilisi Seda ilə alboma görə evlənir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ