Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib - FOTO

Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib - FOTO

Tarix: 20 Mart 2022 10:15

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Novruz bayramı ilə bağlı paylaşım edib.

Sonxeber.net bildirir ki, paylaşımda deyilir:

"Əziz həmvətənlər!

Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram! Təbriklərinizə, səmimi və xoş diləklərinizə görə çox sağ olun! Sizin diqqətiniz, qayğı və dəstəyiniz mənim üçün çox dəyərlidir! Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin, onların doğmalarına və yaxınlarına səbir versin! Qoy təbiətin oyanmasının və yenilənməsinin rəmzi olan Novruz hər evə xoş ovqat gətirsin, hər ocağa bol sevinc, ruzi-bərəkət və firavanlıq bəxş etsin! Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin!".


Etiketlər:  Birinci vitse prezident Azərbaycan xalqını təbrik edib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ