Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Conni Depp məhkəməyə Amberin eks-sevgililərini dəvət etdi - FOTO

Conni Depp məhkəməyə Amberin eks-sevgililərini dəvət etdi - FOTO

Tarix: 20 Mart 2022 16:20

Məşhur Hollivud ulduzu Conni Depp keçmiş həyat yoldaşı Amber Heardla bitmək bilməyən qalmaqallı məhkəmə işinə yeni şahidlər dəvət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, martın 24-də Virciniya ştatında növbəti məhkəmə iclası keçiriləcək. Məhkəmədə Amberlə münasibətdə olan "SpaceX" və "Tesla" şirkətlərinin qurucusu, milyarder İlon Mask və aktyor Ceyms Franko dindiriləcək.

"Deadline" nəşrinin məlumatına görə, onları məhkəməyə Conni özü dəvət edib.

Həmçinin onlardan başqa, "Disney" və "Warner Bros" şirkətlərinin nümayəndələri də şahidlik edəcək. Məhkəmədə Amber və Conninin digər məşhurlarla, xüsusən aktyorlar Ceyson Momoa və Brayan Lourdla şəxsi yazışmaları oxunacaq.

Qeyd edək ki, Amber Conni tərəfindən məişət zorakılığına məruz qaldığını iddia etdiyi üçün aktyorun karyerasında problemlər yaranıb. Lakin o, ötən il günahsız olduğunu sübut edə bilib.

Milli.Az


Etiketlər:  Conni Depp məhkəməyə Amberin eks sevgililərini dəvət etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ