Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 12:32
Bakı. Trend:
Əlilliyi olan şəxslər üçün reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri Şirvan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzini də əhatə edir.
Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində fəaliyyət göstərən müəssisədə hazırda əsaslı təmir və yenidənqurma işləri aparılır. Burada müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılacaq, sınanmış fizioterapevtik metodların tətbiqi və müasir avadanlıqlardan istifadə əsasında əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək.
Müəssisə Şirvan şəhərində və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər üçün nəzərdə tutulub. Mərkəzdə əsaslı təmir və yenidənqurma işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin