Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2022 18:50
Beynəlxalq Şahmat Federasiyası (FIDE) rusiyalı qrossmeyster Sergey Karyakini cəzalandırıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, buna 32 yaşlı şahmatçının ölkəsinin Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləməsi səbəb olub.
Nəticədə Karyakinin 6 ay beynəlxalq yarışlarda iştirakına qadağa qoyulub. Qərar qəbul edildiyi tarixdən - martın 21-dən qüvvəyə minib.
Sergey Karyakin 21 gün ərzində qərardan apellyasiya şikayəti verə bilər.
Qeyd edək ki, daha əvvəl FIDE Rusiya və belarus şahmatçılarını öz bayrağı altında keçirilən yarışlardan kənarlaşdırıb.