Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazpəri Dostəliyeva 41 yaşında ölən oğlundan yazdı: ''Sənsiz yaşadığım iztirablı...'' - FOTO

Nazpəri Dostəliyeva 41 yaşında ölən oğlundan yazdı: ''Sənsiz yaşadığım iztirablı...'' - FOTO

Tarix: 22 Mart 2022 10:55

Xalq artisti Nazpəri Dostəliyevanın böyük oğlu Əli Quliyevin vəfatından bir il ötür.

Sonxeber.net baku.ws-ə istinadla xəbər verir ki, sənətçi instaqram hesabında bununla bağlı paylaşım edib. O, mərhum oğlunun şəkillərindən ibarət video yerləşdirib.

İfaçı paylaşımına bunları da əlavə edib:

"Sən həmişə mənimləsən. Bir il sənsiz yaşadığım iztirabli günlər... Verən də Allah, alan da Allahdır. Verdiyinə şükür, aldığına səbr edirəm, ürəyimdəki acı sönməyəcək, amma səbrli olacam! Şəhidlərimizin məkanı cənnət olsun. Ey igid övlad həsrəti ilə yanan yaralı analar, səbrli olun səbr edək".

Xatırladaq ki, Xalq artistinin 41 yaşlı övladı ürək çatışmazlığından dünyasını dəyişib. Nazpəri Dostəliyevanın Əlidən başqa Əkbər adlı daha bir oğlu da var. 


Etiketlər:  Nazpəri Dostəliyeva yaşında ölən oğlundan yazdı Sənsiz yaşadığım iztirablı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ