Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada məşhur jurnalist Ukrayna müharibəsinə görə tutulacaq

Rusiyada məşhur jurnalist Ukrayna müharibəsinə  görə tutulacaq

Tarix: 22 Mart 2022 21:20

Rusiyanın İstintaq Komitəsi ölkənin ən məşhur jurnalistlərindən biri Aleksandr Nevzorova qarşı cinayət işi açıb.

Milli.Az bildirir ki, Komitənin yaydığı rəsmi məlumatda deyilir: "Nevzorovun hərəkətlərində RF CM-nin 207.3 maddəsinin 2-ci hissəsində (Rusiya Federasiyasının Silahlı Qüvvələrinin hərəkətləri barədə bilərəkdən yalan məlumatın yayılması) nəzərdə tutulmuş qanun pozuntusu var".

Səbəb A.Nevzorovun sosial şəbəkələrdə, xüsusilə də Telegram-da, İnstagram-da və YouTube-da Ukraynadakı müharibə ilə bağlı "həqiqətə uyğun olmayan məlumatlarla fotoları yayması"dır.

Martın 4-də Rusiya Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələri barədə "bilərəkdən yalan məlumat yaymağın cəzalandırılması haqqında" qanun imzalayıb.

"Feyk" sayılan məlumatı yayanlar 15 ilədək azadlıqdan məhrum oluna bilər.

Ukraynadakı müharibəni Rusiyada "müharibə" adlandırmaq cinayətdir: "müharibə" sözü əvəzinə "xüsusi əməliyyat" işlədilməlidir.

Milli.Az


Etiketlər:  Rusiyada məşhur jurnalist Ukrayna müharibəsinə görə tutulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ