Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 11:35
"Azərbaycan şou-biznesində daha çox xanımlara maraq var".
Sonxeber.net bildirir ki, bu sözləri lent.az-a müğənni Əlikram Bayramov deyib.
İfaçı bildirib ki, sənətinə diqqət yoxdur:
"Bir xanımla toya gedirəm, insanlar onun başına necə yığılır. Xüsusi ilə də kişilər. Bu yaxınlarda da Niyaməddin Musayevdən də soruşdum ki, sənətkar, sizin vaxtınızda da qadın müğənniyə daha çox önəm veriblər? Dedi ki, hə. Əvvəldən belə olub, axıra qədər də belə olacaq. Azərbaycan şou-biznesində kişilərə maraq 1%-dir. Bir qızla mahnı oxudum, mahnıya baxış çox oldu. Amma özüm tək oxuyanda o qədər baxış olmadı. Biz sadəcə vizual görüntüyə qiymət veririk. İndi sənətə qiymət verən çox az adam var. Bir sözlə kişi müğənnilərə diqqət, maraq azdır. Bilmirəm xaricdə də belədirmi?".