Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı məşhurların bu ölkəyə girişinə qadağa qoyula bilər

Rusiyalı məşhurların bu ölkəyə girişinə qadağa qoyula bilər

Tarix: 23 Mart 2022 12:44

Ukraynaya qarşı keçirilən hərbi əməliyyatları dəstəkləyən rusiyalı məşhurların Latviyaya girişinə qadağa qoyula bilər.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə "Rosbalt" məlumat yayıb. Ölkənin Mədəniyyət Nazirliyi Ukrayna ərazisinə hərbi əməliyyatların keçirilməsini dəstəkləyən rusiyalı sənətçilərin ölkəyə girişini qadağan etməyi təklif edib.

Bildirilib ki, artıq bununla bağlı ölkənin Xarici İşlər Nazirliyinə müvafiq sorğu göndərilib. Sorğuda 20-dən çox rusiyalının "arzuolunmaz şəxslər" siyahısına salınması istənilib.

Həmin şəxslər arasında rusiyalı məşhurlar - Vika Tsıqanova, Stas Mixaylov, Valeri Gergiev, Nikolay Rastorquev, Polina Qaqarina, Vladimir Maşkov, Nikita Mixalkov, İlze Liepa, Sergey Jukov, Timati və Viktoriya Dainekonun adları yer alıb.

Qeyd edək ki, bundan əvvəl Latviya prezidenti Eqils Levits ölkədə Rusiya telekanallarının yayımınının qadağan edilməsi ilə bağlı çağırış edib.


Etiketlər:  Rusiyalı məşhurların ölkəyə girişinə qadağa qoyula bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ