Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2022 08:38
Bu gün UEFA Millətlər Liqasında pley-off oyunları keçiriləcək.
Sonxeber.net "Report"a istinadən bildirir ki, ötən mövsüm C Liqasında öz qruplarını sonuncu pillədə başa vurmuş 4 komanda - Estoniya, Kipr, Moldova və Qazaxıstan D Divizionuna düşməmək uğrunda mübarizə aparacaqlar.
Bakı vaxtı ilə saat 21:00-da start götürəcək matçlarda Estoniya millisi Kipri, Moldova yığması isə Qazaxıstanı qəbul edəcək. Cavab qarşılaşmaları martın 29-da oynanılacaq. İki görüşün nəticəsinə əsasən qalib gələn komandalar C Liqasındakı yerlərini qoruyacaqlar.
Bu görüşlər həmçinin Millətlər Liqasında cari mövsümün qruplarının tərkibinin dəqiqləşməsi baxımından da önəm daşıyır. Moldova - Qazaxıstan cütünün qalibi C Liqasında Azərbaycan, Slovakiya və Belarusun yer aldığı 3-cü qrupa, məğlubu isə D Liqasında Andorra, Latviya və Lixtenşteynin mübarizə aparacağı 1-ci qrupa düşəcək.
Estoniya - Kipr cütünün güclüsü C Liqasında Şimali İrlandiya, Yunanıstan və Kosovo, məğlub tərəf isə D Liqasında San-Marino və Malta ilə birlikdə 2-ci qrupda yer alacaq.
UEFA Millətlər Liqası, pley-off
İlk oyunlar
24 mart
21:00. Moldova - Qazaxıstan
21:00. Estoniya - Kipr