Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2022 12:42
Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması üçün Azərbaycanla təcili danışıqlara başlamağın vacibliyini açıqlayıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Dünyada və regionda vəziyyət gərgindir, biz gərginliyin səviyyəsinin azaldılması və fundamental həll yollarının tapılmasında özümüzü məsul hesab edirik. Düşünürük ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır", - deyə Paşinyan hökumətin iclasında bəyan edib.
Onun sözlərinə görə, sərhədlərdə təhlükəsizliyin və sabitliyin yaxşılaşdırılması üzrə tədbirlərlə paralel olaraq sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri sürətləndirmək lazımdır.