Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Aprel 2019 15:21
Bakı. Ləman Zeynalova - Trend:
Koreya Xalq Demokratik Respublikasının (KXDR) xarici işlər nazirinin müavini Pak Myonq Quk yaxın günlərdə Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, P.M.Quk Qoşulmama Hərəkatına üzv olan ölkələrə, o cümlədən Suriya, İran, Azərbaycan və Monqolustana səfər edəcək.
Trend-in sorğusuna cavab verən Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva məlumatı təsdiqləyib:
"Koreya Xalq Demokratik Respublikasının xarici işlər nazirinin müavini Pak Myonq Qukun rəhbərlik etdiyi nümayəndə heyətinin bu il Bakıda keçiriləcək Qoşulmama Hərəkatının 18-ci Zirvə görüşü nəticəsində qəbul ediləcək yekun sənədlərin müzakirəsi məqsədilə yaxın günlərdə ölkəmizə səfər etməsi nəzərdə tutulub".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin