Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vladimir Jirinovskinin ölüm xəbəri təkzib olunur - YENİLƏNİB

Vladimir Jirinovskinin ölüm xəbəri təkzib olunur - YENİLƏNİB

Tarix: 25 Mart 2022 13:30

13:28

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin ölüm xəbərini təkzib edib.

V.Volodin öz açıqlamasında 75 yaşlı siyasətçinin vəziyyətinin ağır olduğunu bildirib.

--------

12:56

Rusiya Liberal-Demokrat Partiyasının sədri, Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski 76 yaşında vəfat edib.

Milli.Az Mash-a istinadən bildirir ki, o, bu gün Moskva vaxtı ilə 10.45-də xəstəxananın reanimasiya palatasında keçinib.

Son 5 sutkada o, koma vəziyyətində idi. Həkimlər onda septik şok olduğunu deyirdilər.

V.Jirinovski fevralda COVİD-19 koronavirusuna yoluxandan sonra Moskvadakı Mərkəzi Kliniki Xəstəxanaya yerləşdirilmişdi.

Aprelin 25-də onun 76 yaşı tamam olacaqdı.

Vladimir Volfoviç Edelşteyn 4 aprel 1946 tarixində SSRİ-nin Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907-1983) milliyətcə yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürüb. Vladimir orta təhsili Astana şəhəri 25 nümrəli orta məktəbdə alıb. 1964-1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı" fakültəsində təhsil alıb. 1965-1967-ci illərdə "Markizm-Leninizm Universiteti"-ndə "Xarici Əlaqələr" fakültəsində magist pilləsini alır. 1972-1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil alıb.

Ali təhsilini bitirdikdən sonra Vladimir Jirinovski hərbçi vəzifəsində çalışmağa başlayıb və polkovnik rütbəsinə qədər qalxıb. 1975-1983-cü illər arasında Vladimir Jirinovski Hüquqşünaslar Kollegiyasının üzvü olub. 1983-1990-cı illərdə "MİR" dərgisində çalışmağa başlayıb.

1990-cı ildə LDPSS (Sovet İttifaqının Liberal Demokrat Partiyası)-nın üzvü olub. 1992-ci ildə Vladimir Jirinovski LDPR (Rusiya Liberal Demokrat Partiyası)-nın əsasını qoyub. 1993-2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olub. 2000-ci ilin 18 yanvar tarixində Dövlət Dumasının sədr müavini seçilir və bu səbəbdən fraksiyada liderliyi öz oğlu İqor Lebedevə ötürüb. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilir. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışından 6-sında (1993, 1995, 1999, 2003, 2007, 2011) iştirak edib və 3 çağırışda (1999-2011) sədr müavini olub.

Vladimir Jirinovski 5 dəfə (1991, 1996, 2000, 2008, 2012) Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb və bununla da Rusiyada rekord vurub. İlk dəfə 1991-ci ildə Vladimir Jirinovski Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti postuna namizədliyini irəli sürdü və 7,81% (6.211.007 səs) toplamağla 6 namizəd arasında 3-cü yeri tutdu. Növbəti iki seçkilərdə Vladimir Jirinovski daha uğursuz nəticə göstərdi. 1996-cı ildə o 10 namizəd arasında 5,7% (4.311.479 səs), 2000-ci ildə isə 11 namizəd arasında 2,7% (2.026.509 səs) toplamaqla iki dəfə ard-arda beşinci yeri tutdu. 2004-cü ildə Vladimir Jirinovski prezident seçkilərində çıxış etməkdən imtina edir. 2008-ci ildə isə Vladimir Jirinovski sayca 4-cü dəfə prezident postuna namizədliyini irəli sürür və 4 namizəd arasında 9,35% (6.988.510 səs) toplayır və Dmitri Medvedyev və Genadiy Züqanovun ardınca 3-cü yeri tutur. Bu Vladimir Jirinovskinin bu günə qədər göstərdiyi ən uğurlu nəticə olub. 2012-ci ildə Vladimir Jirinovski 5-ci dəfə Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb.

Milli.Az


Etiketlər:  Vladimir Jirinovskinin ölüm xəbəri təkzib olunur YENİLƏNİB


RƏYLƏR