Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Mart 2022 13:08
"Exo Moskvı" radiostansiyasının keçmiş baş redaktoru Aleksey Venediktov bildirib ki, onun qapısına kəsilmiş donuz başı atılıb.
Həmçinin, qapıya üzərində "Judensau" (yəhudi donuzu) yazısı olan Ukraynanın gerbi yapışdırılıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, jurnalist bildirib ki, belə bir antisemit termin Almaniyada 13-cü əsrdə meydana çıxıb və digər ölkələrə yayılıb. Bu gün də neonasistlər bu termindən istifadə edirlər.
"Faşizmi məğlub edən ölkə. Mənim mənzilimin qapısında niyə altı guşəli ulduz yoxdur? Məni və ailəmi qorxutmaq qərarına gəliblər? Məni, o şəxsi ki, Dudayevin silahlıları güllələnməyə aparıb?", - Venediktov "Telegram" kanalında yazıb.