Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həlak olan uşaqların sayı 135-ə çatıb

Həlak olan uşaqların sayı 135-ə çatıb

Tarix: 25 Mart 2022 15:34

Müharibə başlayandan indiyədək Ukraynada Rusiyanın hücumu nəticəsində artıq 135 uşaq həlak olub, 184-dən çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Milli.Az bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Ən çox zərər çəkmiş uşaqlar Kiyev vilayətində olub - 64, Xarkov vilayətində - 44, Donetsk vilayətində - 46, Çerniqov vilayətində - 34, Nikolayev vilayətində - 25, Zaporojya vilayətində - 26, Kiyev vilayətində - 16, Jitomir vilayətində - 15, Xerson vilayətində - 15, Sumi rayonu - 14.

Martın 24-də Donetsk vilayətinin Maryinski rayonunun Novomixailovka kəndində rus hərbçilərinin atəşə tutması nəticəsində 6 və 13 yaşlı iki uşaq yaralanıb.

Həmçinin martın 24-də Zaporojye vilayətinin Melitopol rayonunun Obilnoye kəndində 13, 14 və 15 yaşlı üç yeniyetmə minaya düşüb. Onlar Melitopol xəstəxanasına yerləşdiriliblər. Onlardan biri ağır vəziyyətdə reanimasiyadadır.

Aslan Məmmədov
Milli.Az


Etiketlər:  Həlak olan uşaqların sayı çatıb


RƏYLƏR