Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 11:22
"Anonymous" haker qrupu Rusiya Mərkəzi Bankının saytına hücum edib.
"Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qrupun Tvitter səhifəsində məlumat verilib. Anonim hakerlər Rusiya Mərkəzi Bankının 28 GB-lıq - bütün əməliyyatların məlumatını dərc ediblər.
"Biz bu sənədləri internetin müxtəlif nöqtələrinə göndərmişik. Əgər sənədlər senzuradan keçərsə, biz onları başqa linklər vasitəsilə paylaşacağıq", - mesajda deyilir.
"Anonymous" həmçinin Rusiya Mərkəzi Bankının məlumat bazasını sızdırıb və Putinə videomüraciət edib:
"İndi biz Rusiya Federasiyası Mərkəzi Bankının minlərlə sənədlərini, hər cür əməliyyatları, fərmanlarını, hesabatlarını dərc edirik. İnsanlar Rusiya iqtisadiyyatının əslində nə olduğunu öyrənəcəklər. Bəyannamələr, yazışmalar, başqa ölkələrlə imzalanmış ticarət müqavilələri, oliqarxlarınızın sirləri. İstifadə etdiyin məxfi videoların və tətbiqlərin... Biz sənin sarayındayıq, biz sən harda yemək yeyirsənsə, oradayıq. Biz sənin süfrənin arxasındayıq. Biz sənin yatdığın yerdəyik".