Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 08:54
Xeyr, sizə oruc günləri təklif etmirik, çörək və suya keçməyi məsləhət görmürük, arıqladıcı həblərə isə tam qarşıyıq. İki gün ərzində sağlam bir dəriyə, yaxşı əhval-ruhiyyəyə sahib olmaq istəyirsinizmi? O zaman durmadan "maye pəhrizi"ni sınayın. Olduqca faydalı gələcək sizə.
Bəs görəsən iki günə bu necə mümkündür? Ümumi prinsiplər belədir: bədənə daxil olan mikroelementlər və qida maddələrinin daha yaxşı udulması üçün müəyyən saatlarda duru yeməklər yeyilməlidir. Çünki müxtəlif dövrlərdə fərqli hormonlar istehsal olunur və onların fəaliyyəti dəyişir. İştahaçan ədviyyatlardan hazırlanmış ürəkaçan tərəvəz şorbaları yeməlisiniz. Şorbalar və müxtəlif meyvə kokteylləri həzm etmək asanddır. Bu, bədəninizin daha vacib vəzifələrə yönəldilməsi, daha yaxşı bərpa olunması, immunitet sistemini yaxşılaşdırmaq, iltihabı azaltmaq, lazımlı maddələri daha çox ehtiyac duyduğu yerlərə daha sürətli və daha effektiv şəkildə çatdırmaq deməkdir. Təbii təmizləmə və detoksifikasiya bütün orqanların daxili və xarici toksinlərdən xilas olmasına kömək edəcəkdir. Balanslı şorbanın tərkibində bütün lazımi vitaminlər, lif, zülallar, yağlar və karbohidratlar var, buna görə qısamüddətli "maye pəhriz" orqanizmə zərər verə bilməz .
İki gün ərzində pəhriz zamanı, gün ərzində 6 dəfə, hər dəfə - qəti şəkildə müəyyənləşdirilmiş şorba yeyəcəksiniz.
"Maye pəhrizi"nin şorba reseptin sizə təqdim edirik:
Bizə "şorba dəsti" olaraq bilinən toyuq, mal əti və ya dana, dana sümüklərinin üzərinə su tökün, qaynadın. Daha sonra soğan, bir neçə yerkökü, bir az kərəviz və ya dadmaq üçün hər hansı ədviyyatlardan əlavə edin. Aşağı istilikdə 4,5 saat bişirin. Hazırlanmış bulyonu soyuducuya qoyun, yağ səthinin sərtləşməyini gözləyin daha sonra donmuş üst yağ qatını çıxarın və atın. Pəhriz müddəti ərzində çoxlu miqdarda su içməyi də unutmayın.
Pəhriz zamanı şəkər, un, spirt, kofein qəti qadağandır