Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Fond Birjası Beynəlxalq Birjalar Assosiasiyasına üzv olub

Bakı Fond Birjası Beynəlxalq Birjalar Assosiasiyasına üzv olub

Tarix: 10 Sentyabr 2019 22:12

Bakı. Trend:

Bakı Fond Birjası (BFB) fəaliyyəti çərçivəsində yerli kapital bazarlarını beynəlxalq səviyyədə təmsil edilməsinə, xarici ölkələrin qabaqcıl birjaları ilə qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi imkanlarının genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Bu istiqamətdə atılan addımlar əsasında Beynəlxalq Birjalar Assosiasiyasının üzvlərinin 6 sentyabr 2019-cu il tarixində Qırğızıstan Respublikasında baş tutan ümumi yığıncağının qərarı ilə Bakı Fond Birjası bu assosiasiyaya üzv olaraq qəbul edilmişdir.

BFB-dən Trend-ə bildirilib ki, Beynəlxalq Birjalar Assosiasiyasında üzvlük Bakı Fond Birjasının inkişaf perspektivlərində bir sıra yeni imkanlar yaradır. Birjalararası əməkdaşlıq xüsusilə dual-listinq və depozitar qəbzlərinin emissiyasının həyata keçirilməsi üzrə başlıca şərtdir. Bununla belə, tətbiq edilən mövcud təcrübələrin və ticarət üsullarının optimalaşdırılması üzrə birjalararası təcrübə mübadiləsinin aparılması yerli bazarların təkmilləşdirilməsi üçün labüd addım hesab edilir.

2000-ci ildə Rusiya Federasiyasında yaradılmış Beynəlxalq Birjalar Assosiasiyasının əsas məqsədi kapital bazarları üzrə beynəlxalq standartların araşdırılması, üzvləri arasında təcrübələrin qarşılıqlı tətbiq edilməsi və birjalararası ümümi əməkdaşlığın genişləndirilməsidir. Assosiasiyada üç birja növü – valyuta, səhm və əmtəə birjaları üzrə daimi işçi qrupu mövcuddur. Assosiasiyanın üzvləri qismində başlıca olaraq Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrini təmsil edən birjalar çıxış edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakı Fond Birjası Beynəlxalq Birjalar Assosiasiyasına üzv olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ