Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 12:12
"Bu, qaydalara və qanunlara əsaslanan dünya nizamı ilə kobud güc arasındakı mübarizədir. Biz özümüzü uzun mübarizəyə hazırlamalıyıq, bir günə və ya bir aya qalib gələ bilməyəcəyik".
Sonxeber.net xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Cozef Bayden deyib.
ABŞ Prezidenti deyib ki, indi Ukrayna demokratiya və azadlıq uğrunda mübarizədə ön sıralardadır. "Hazırda Ukraynada azadlıq və repressiya arasında mübarizə gedir", - Amerika lideri bildirib.
"Rusiya dünyada ən ağır cəza sanksiyaları altındadır və bundan sonra yeni sanksiyalar tətbiq olunacaq", - Ağ Ev başçısı vurğulayıb.