Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 20:06
Yüksək qan təzyiqi böyrəkləriniz üçün risklidir.
Sonxeber.net aztibb.az-a istinadən bildirir ki, nefroloq Barat Yusubov yüksək qan təzyiqi riskini artıran səbəbləri açıqlayıb.
Yaş: İnsanlar yaşlandıqca qan təzyiqinin yüksəlmə riskini də artır. Bu problem 35-50 yaşlarında daha çox müşahidə olunur.
Cinsiyyət: 50 yaşdan aşağı kişilərdə daha çox rast gəlinir. 50-55 yaş qrupunda kişilərdə və qadınlarda demək olarki eyni dərəcədə müşahidə olunur. 55 yaşdan yuxarı isə daha çox qadınlarda yüksək qan təzyiqi problemi izlənilir.
Genetik faktor: İnsanların 60%-də yüksək qan təzyiqi problemi irsidir.
Piylənmə: Piylənmədən əziyyət çəkənlərin 40%-də yüksək qan təzyiqi problemi mövcuddur. Qeyd edək ki, gənc yaşda yüksək qan təzyiqi olan xəstələrin 1/3 piylənmə problemi yaşayır.
Şəkərli diabet: Şəkərli diabeti olan xəstələrdə yüksək qan təzyiqinə daha çox rast gəlinir.
Həddindən artıq duz istifadəsi: Qidalanmada həddindən artıq duzdan istifadə yüksək qan təzyiqi probleminə yol açan səbəblərdən biridir.
Fiziki hərəkətsizlik: İnsanların daha çox oturaq həyat keçirməsi və fiziki aktivliyin zəifləməsi yüksək qan təzyiqi riskini artırır.
Spirtli içki içmək: Spirtli içki içənlərdə yüksək qan töəzyiqi çox hallarda müşahidə olunur.
Stress: Əsəb, sinir gərginliyi bütün vücudumuza mənfi təsir göstərdiyi kimi, yüksək qan təzyiqinə də yol açır.
Hipertenziya (yüksək qan təzyiqindən) əziyyət çəkənlərin 90-95%-də bu heç bir başqa xəstəliyə (altda yatan hər hansı səbəbə bağlı olmadan) mövcud olur. Bu birincili hipertenziya adlanır. Geridə qalan 5-10% insanlarda bu hər hansı bir xəstəliyin nəticəsi olaraq yaranır. Buna ikincili hipertenziya deyilir.
İkincili hipertenziyanın səbəbləri:
Çox duzlu yeməklərlə qidalanmaq;
Böyrək xəstəlikləri;
Böyrəküstü vəzlərin (adrenal) xəstəlikləri;
Anadangəlmə aortanın (damar) bir hissəsinin dar olması;
Tiroid vəz xəstəlikləri (hipertiroidi, hipotiroidi).