Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynaya "Hizbullah"ı yollayır?

Rusiya Ukraynaya

Tarix: 27 Mart 2022 20:34

Rusiyanın Ukraynada apardığı müharibədə "könüllülər" adı ilə minlərlə muzdludan istifadə etdiyi iddia olunur.

Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, Suriyadan Ukraynaya "Hizbullah" hərəkatının 800 mənsubunun göndərilməsi nəzərdə tutulur.

Onların ilk 200 nəfəri Belarusun Qomel şəhərinədəki aviabazada martın 29-da olacaqlar.

Bu gün isə Ukraynadakı döyüşlərdən birində öldürülmüş muzdlulardan birinin cibindən Suriya pulları çıxıb.

Həmin şəxs ya Rusiyanın "Vaqner" Özəl Hərbi Şirkətinin silahlısı, ya da suriyalı muzdlu olub.

Xatırladaq ki, martın 25-də Səudiyyə Ərəbistanını "Əl Hədas" resursu martın 12-də "Hizbullah"ın şöbə rəisi Naci Həsən əl Şərtuini ilə "Vaqner"in komandirlərindən biri, "Ratibor" kimi tanınan Aleksandr Kuznetsovla Suriyadakı Hmeymim aviabazasında görüşü barədə məlumat vermişdi.

Görüşün nəticəsi olaraq Ukraynadakı müharibədə Rusiya tərəfində vuruşmaq üçün "Hizbullah"ın 800 yaraqlı ayırması qərara alınıb. Bunun müqabilində "Hizbullah" Rusiyanın "Almaz-Antey" dövlət konsernindən silah ala biləcək.

Ukraynada vuruşacaq "Hizbullah" mənsublarının hər birinə ayda 1500 dollar maaş vəd olunub.

"Hizbullah" və Rusiyanın dövlət qurumları bu məlumatı qətiyyətlə təkzib ediblər.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynaya Hizbullahı yollayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ