Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistan sakinləri Xankəndidəki ermənilərə qibtə edəcəklər

Ermənistan sakinləri Xankəndidəki ermənilərə qibtə edəcəklər

Tarix: 27 Mart 2022 23:44

Azərbaycanın mövcud qaz infrastrukturu imkan verir ki, Ermənistan və Gürcüstanın da Rusiya qazı ilə təchiz olunmasında birbaşa tranzit ölkə olaraq çıxış etsin.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

O xatırladıb ki, ötən ilin mart ayının 16-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Rusiyanın "Qazprom" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, qısa müddətli də olsa belə bir funksiyanın həyata keçirilməsi ilə bağlı razılıq əldə edilmişdi. Belə ki, həmin dövr üçün Rusiyanın Ermənistana qaz nəql etdiyi "Şimali Qafqaz - Zaqafqaziya" qaz kəmərində müəyyən problemlərin üzə çıxması və aparılan təmir işlərinin bir müddət davam etməsi səbəbindən Azərbaycan tərəfinə bununla bağlı müraciət olunub. Bununla bağlı razılıq əldə edilmişdi və razılıq əsasında bütün bu işlər həyata keçirilib.

Onun sözlərinə görə, Azərbaycanın mövcud qaz ehtiyatları imkan verir ki, Rusiya qazının Ermənistana çatdırılmasından əlavə olaraq, eyni zamanda Azərbaycanın öz qazı ilə də daxili imkanlar hesabına həm Xankəndinin, həm də Azərbaycan vətəndaşı olacaq ermənilərin yaşayacaqları əraziləri birbaşa Azərbaycan qazı ilə təchiz olunması üçün potensiallar çox genişdir: "Çünki Azərbaycanın mövcud qaz ehtiyatları 2,6 trilyon kubmetr həcmində qiymətləndirilir ki, bu da nəinki Xankəndinin tələbatının ödənilməsində, Ermənistanın belə qaz tələbatının ödənilməsində yetərli ehtiyatdır. Ölkəmiz bu il 44-45 milyard kubmetr qaz hasil etməyi planlaşdırır. Növbəti ildə bu həcmin 50 milyard kubmetrə çatdırılması planlaşdırılır".

Ekspert deyib ki, eyni zamnada qaz infrastrukturunun hazırda Xankəndinə qədər uzanması mövcudluğu, təmir və xidmət işlərinin, xətlərə qulluq işlərinin bilavasitə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən peşəkarcasına həyata keçirilməsi gələcəkdə bu işlərin daha yaxşı səviyyəyə həyata keçirilməsinə imkan verir: "Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra təbii olaraq burada infrastrukturun tamamilə yenidən qurulması mümkün olacaq. Çünki hazırda Azərbaycan tərəfi Xankəndidə daxili qaz şəbəkəsinə və digər kommunal infrastruktura nəzarət etmir. Perspektivdə sülh müqaviləsi bağlandıqdan sonra və bu ərazilər tamamilə Azərbaycanın nəzarəti altında olduqdan sonra və orada Azərbaycan vətəndaşı olaraq yaşayacaq ermənilərin həyat şəraiti kəskin şəkildə yüksələcək, onların sosial rifahı yaxşılaşacaq. Təbii olaraq bu, bölgənin, regionun iqtisadi reinteqrasiyasında, iqtisadi inkişafında da öz sözünü demiş olacaq. Çünki bir ərazinin, regionun, inzibati rayonun və bir şəhərin inkişaf etdirilməsi üçün mütləq şəkildə kommunal infrastruktur sahələri yüksək səviyyədə təmin edilməlidir ki, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərin fəaliyyəti gəlirlə müşahidə olunsun, sahibkarlıq fəaliyyəti inkişaf etdirilsin, region iqtisadi cəhətdən inkişaf olunsun. Bunun üçün də düşünürəm ki, sülh müqaviləsi imzalandıqdan sonra Azərbaycan tərəfi öhdəsindən yüksək səviyyədə gələcək. Bu da Azərbaycan qazının satışının səviyyəsini artıracaq. Eyni zamanda, bu infrastruktur üzərindən Ermənistana belə Azərbaycan qaının satışı mümkün olacaq".

E.Əmirovun sözlərinə görə, bütün bunların sonunda Azərbaycanın həm Ermənistanın üzərində, eyni zamanda Azərbaycan vətəndaşı olaraq Xankəndində yaşayan ermənilər üzərində Azərbaycanın bir sözünün kəsəri, nüfuzu, eyni zamanda regionda nüfuzunun artmasına xidmət edəcək: "Vurğulamaq istədiyim ən əsas məsələ isə budur ki, Ermənistanda yaşayan ermənilərlə Xankəndində yaşayan ermənilərin həyat şəraitində kəskin fərqlər olacaq. Tam səmimi deyirəm ki, Ermənistanda yaşayan ermənilər Xankəndidə yaşayan soydaşlarına qibtə edəcəklər".

Ekspert düşünür ki, Azərbaycanın iqtisadi potensialı, valyuta ehtiyatları, mövcud strategiyası və dövlət investisiya layihələri Xankəndinin və ermənilərin yaşadığı digər ərazilərdə də öz sözünü deyəcək: "Orada elə bir şərait qurulacaq ki, Ermənistanda belə bir həyat şəraiti, belə bir infrastruktur və yaşam tərzi nağılllar aləminə bənzəyəcək. Yəni strateji olaraq yanaşmada hökumət məhz Ermənistanda yaşayan ermənilərin Xankəndində yaşayan ermənilərdən qat-qat geri həyat şəraitində yaşamasını onlara göstərmək üçün də Xankəndinə xüsusi infrastruktur, xüsusi bir yanaşma sərgiləyə bilərlər. Növbəti "ağıllı kənd", "Ağıllı şəhər" layihələrindən biri də nədən o zonada qurulmasın. Burada "yaşıl enerji"nin tətbiqi, digər alternativ enerji mənbələrindən istifadəsi mümkündür. Həımçinin, bu zonaların turistik imkanları genişləndirilə bilər. Düşünürəm ki, imkanlar və potensial çox genişdir. Bütün bunların həyata keçirilməsi üçün isə mütləq şəkildə ilk növbədə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması bir nömrəli şərtdir. Digər bütün sadaladıqlarım sülh müqaviləsi imzalandıqdan sonra mümkün olacaq.

Xatırladaq ki, martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir.

"Azəriqaz"dan bildirilib ki, martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq.

"Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. Normadan artıq qarın yağmasına baxmayaraq, "Azəriqaz" İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər", - məlumatda qeyd edilir.


Etiketlər:  Ermənistan sakinləri Xankəndidəki ermənilərə qibtə edəcəklər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ