Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bu gün, bu ay qırılma baş verdi'' - Zelenski

''Bu gün, bu ay qırılma baş verdi'' - Zelenski

Tarix: 28 Mart 2022 07:22

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya mətbuatına müsahibə verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, dövlət başçısı müharibə başlayandan sonra rus xalqına münasibətinin dəyişdiyini açıqlayıb.

"Bir prezident kimi praqmatik davranmalı olsam da, fevralın 24-dən sonra münasibətim pisləşib. Həm də çox güclü şəkildə. Rusiya xalqına, Rusiya Federasiyasına olan düşüncəmin emosional tərkibi itib. Hətta xalqa da", - deyə Zelenski vurğulayıb.

Zelenski bildirib ki, dövlət başçısı seçilərkən müharibəni dayandırmaqla yanaşı təbliğatla da mübarizənin vacib olduğunu başa düşüb: "Bu gün, bu ay tarixi və mədəni qırılma baş verdi. Bu sadəcə müharibə deyil. Hesab edirəm ki, daha pisdir. Məndə dərin təəssüf hissi yaranır ki, müxtəlif səbəblərə görə Rusiyada əhalinin əksəriyyəti Rusiyanı dəstəkləyir. Mən hələ beyin yuylumasından danışmıram" - deyə Zelenski bildirib.


Etiketlər:  gün qırılma baş verdi Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ