Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə qətl törədib qaçan şəxs Bakıda tutulub

Gəncədə qətl törədib qaçan şəxs Bakıda tutulub

Tarix: 28 Mart 2022 13:54

Gəncədə qətl törədib qaçan şəxs Bakıda tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Gəncə şəhər Baş Polis İdarəsinə martın 23-də saat 23 radələrində şəhər sakini, 31 yaşlı Abbas Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Şəhərin polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla A.Əliyevin həmyerlisi, əvvəllər məhkum olunmuş E.Quliyev tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində E.Quliyev paytaxtın Binəqədi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

Milli.Az


Etiketlər:  Gəncədə qətl törədib qaçan şəxs Bakıda tutulub


RƏYLƏR