Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 19:06
Rusiya qarşısına "Ukraynanı işğal etmək" kimi strateji məqsəd qoymayıb. Bu məqsəd dünya müharibəsinin miqyası fonunda heç də strateji hesab oluna bilməz.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Maksim Şevçenko paylaşıb.
O bildirib ki, Rusiya üçün Ukraynadakı əməliyyatın məqsədləri taktiki və operativ xarakter daşıyır və "əlimizə nə keçsə, alacağıq" prinsipindən irəli gəlir.
"Eyni zamanda, hərbi əməliyyatların gedişindən də aydın görünür ki, Ukraynaya dair minimum proqram var:
1. Ukrayna dövlətinin mütəşəkkil müqaviməti idarə etmə və onları hərəkətə keçirmə qabiliyyətinin məhv edilməsi (komanda və rabitə mərkəzlərinin, təchizat bazalarının və təlim mərkəzlərinin dağıdılması, şəxsi heyət hissələrinin parçalanması).
2. Ukraynanın əsas strateji limanlarına (Mariupol, Nikolayev, Odessa) nəzarətin yaradılması və ya onların blokadaya alınması. Bu, avtomatik olaraq Dnestryanıya dəhliz yaradır.
3. Ukraynanın sənaye rayonlarına (Şərq, Cənub-Şərq, Dnepr) nəzarətin ələ keçirilməsi və ya hərbi məqsədlər üçün yararsız hala salınması.
4. Uran yataqları zonaları (məsələn, Sarı Sular) və nüvə reaktorlarının (məsələn, Çernobıl) tullantıları üçün anbarlar üzərində nəzarətin yaradılması.
Əminəm ki, Rusiya bu proqramı problemlərə və şiddətli müqavimətə baxmayaraq, həyata keçirməyi planlaşdırır. Onun həyata keçirilməməsi məğlubiyyətə bərabər olacaq. Vəziyyəti, məqsədləri aydın başa düşmək, təbliğatı reallıq kimi qəbul etməmək həmişə vacibdir. Dünya müharibəsi hələ yeni başlayır", - rusiyalı ekspert bildirib.