Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 09:00
Meksikanın Morelos ştatında supermarketə çırpılan Beechcraft təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
"Beechcraft King Air 90" təyyarəsi Temixco bələdiyyəsində qəzaya uğrayıb.
Qeyd olunub ki, təyyarənin göyərtəsində olan 3 nəfər ölüb, daha 4 nəfər yaralanıb. Onlar xəstəxanalara aparılıb. Faciə Temisko ərazisində baş verib. Qəzanın səbəbləri ilə bağlı rayon prokurorluğu araşdırmalara başlayıb.
Təyyarə supermarketin divarını dağıdıb və demək olar ki, alış-veriş edilən əraziyə düşüb. Hadisənin mümkün səbəbləri barədə məlumat açıqlanmayıb.