Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 12:14
Rusiya Ordusu Ukraynanın Rovno vilayətində böyük yanacaq bazasını havadan buraxılan qanadlı raketlərlə məhv edib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
"Martın 28-də axşam saatlarında yüksək dəqiqlikli havadan buraxılan qanadlı raketlər Rovno vilayətinin Klevan kəndi yaxınlığındakı böyük yanacaq bazasını məhv edib", - deyə Rusiya MN sözçüsü vurğulayıb.
Onun sözlərinə görə, Kiyev ətrafı qəsəbələrdə Ukrayna hərbi texnikası üçün yanacaq məhz bu bazadan verilib.
Konaşenkov Rusiya aviasiyasının ötən gecə ərzində Ukraynanın 68 hərbi obyektini, o cümlədən üç Buk-M1 və bir "Osa" zenit raket kompleksi sistemini məhv etdiyini söyləyib.