Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Mart 2022 14:02
Kreml Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqinin Azərbaycanının neft sənayesini vurmaqla bağlı çağırışına münasibət bildirib.
Sonxeber.net xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov Delyaqinin açıqlamasının Moskvanın xəttinə uyğun olmadığını vurğulayıb.
Kremlin sözçüsü Mixail Delyaqini emosiyalarına nəzarət etməyə və Azərbaycana münasibətdə dost olmayan bəyanatlarından çəkinməyə çağırıb.