Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynanın Kiyev, Xarkov və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib

Rusiya Ukraynanın Kiyev, Xarkov və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib

Tarix: 30 Mart 2022 07:52

Rusiya qoşunları Ukraynanın Kiyev, Xarkov və Xmelnitsk şəhərlərinə raket zərbələri endirib. Şəhərlərdə silsilə partlayışlar eşidilib və yanğınlar başlayıb.

Milli.Az bildirir ki, bu barədə "report" Ukrayna Silahlı Qüvvələrinin teleqram-kanalına istinadən xəbər verir.

Məlumata görə, Kiyevdə iki partlayış səsi eşidilib: hava hücumundan müdafiə sistemi işə düşdü və düşmənin iki raketi vurulub.

Xarkovda güclü yanğınlar qeydə alınıb.

Xmelnitskdə hücum zamanı üç partlayış olub. Eyni zamanda, şahidlər Xmelnitsk vilayətinin Starokonstantinov şəhərində aerodromun vurulduğunu bildirirlər. Hazırda aerodromda yanğın başlayıb.

Milli.Az


Etiketlər:  Rusiya Ukraynanın Kiyev Xarkov Xmelnitsk şəhərlərinə raket zərbələri endirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ