Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 09:14
Avropada Omikron ştamına qarşı vaksin payızda hazır olacaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Almaniyanın səhiyyə naziri Karl Loterbax Brüsseldə səhiyyə nazirlərinin iclasında bildirib.
Nazir əlavə edib ki, yeni vaksinin hazırlanması gecikir: "Məndə olan məlumata görə, koronavirusun yeni variantlarına qarşı vaksinlər payızdan tez hazır olmayacaq" - deyə nazir bildirib.
Qeyd edək ki, fevral ayında "Biontech" və "Modena" şirkətləri may ayında yeni vaksinin sınaqlarına başlayacağını bildirmişdi. İndi isə hər 2 şirkət sınağa yayda başlayacağını iddia edir.