Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 17:14
Tovuz rayonunda şəkər xəstəliyindən əziyyət çəkən pasiyentlər dərmanlarını ala bilmirlər.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, şəkərli diabetdən əziyyət çəkən pasiyentlər dərman almaq üçün Tovuz Rayon Mərkəzi Xəstəxanasının qarşısına toplaşırlar.
Xəstəxananın qarşısında növbə gözləyən insanlar çox vaxt dərmansız evlərinə dönməyə məcbur olduqlarını bildirirlər. Bir iş günü ərzində azı 150 nəfərə yaxın xəstə dərman üçün növbə gözləyir.
Tovuz Rayon Mərkəzi Xəstəxanasında cəmi bir endokrinoloq var. Dərmanlar isə əvvəllər kəndlərdəki tibb məntəqələrində paylanırdı. Sonradan bütün dərmanlar yalnız xəstəxananın özündə verilməyə başlayıb. Bundan sonra da kəndlərdəki xəstələr günlərə bölünüb ki, bu cür mənzərə yaranmasın. Amma növbəlilik prinsipi də özünü doğrultmayıb.
Hazırda Tovuz Rayon Mərkəzi Xəstəxanasında bu cür vəziyyət davam edir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: