Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tanınmış rejissor Rusiyanı tərk etdi - FOTO

Tanınmış rejissor Rusiyanı tərk etdi - FOTO

Tarix: 30 Mart 2022 18:25

"Yeddinci studio" şirkətində dələduzluğa görə həbs olunan tanınmış rejissor Kirill Serebrennikov hökm ləğv edildikdən sonra Rusiyanı tərk edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, rejissor hazırda Fransadadır. Bu barədə kino tənqidçisi və Şərqi Avropa kinematoqrafiyası üzrə mütəxəssis Coel Çapron feysbuk hesabında yazıb.

"Bu dəhşətli zamanda yaxşı xəbər var. Kirill Serebrennikov Rusiyanı tərk edib. Budur, martın 29-da Bastiliya meydanında çəkdiyim şəkil. Onun köynəyində "Televizoru söndürürəm!", başında isə "Mədəniyyəti yandırıram!". O, bir neçə filmi yekunlaşdıracaq, çəkilişləri tamamlayacaq, montaj işləri aparacaq, dərslər keçəcək... Kirill, hər zaman aktiv olduğun üçün təşəkkür edirəm" - deyə, Coel onun fotosunu yayımlayıb.

Qeyd edək ki, Kirill 2011-2014 sözügedən studiyaya ayrılan büdcə pullarının mənimsənilməsində təqsirli bilinən rəhbərlərlə birgə həbs olunub. 

Son zamanlar bir çox məşhur rusiyalı sənət adamları Ukraynaya dəstək olduqlarını ifadə etmək üçün ölkəni tərk edir.


Etiketlər:  Tanınmış rejissor Rusiyanı tərk etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ