Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Manaf Ağayevlə aralarında olan inciklikdən danışdı - VİDEO

Manaf Ağayevlə aralarında olan inciklikdən danışdı - VİDEO

Tarix: 30 Mart 2022 21:10

Əməkdar artist Vasif Məhərrəmli müğənni Manaf Ağayevlə aralarında yaşanan incikliklə bağlı açıqlama verib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, "Günün sədası" verilişinə telefonla bağlanaraq danışıb:

"Manaf Ağayevin hər vəziyyətində çalışmışam yanında olum. Manaf dostumdur. Ürəyi uşaq ürəyi kimidir, baxanda çox pafosla danışır. Bir anlıq bir söz deyib, sonra peşmançılığını çəkir. Hər halıyla mənim dostumdur. Məndən küsə bilər, amma qardaş arasında, ailədə küsülülk ola bilər. Əsas odur ki, barışmağa işıq yeri olsun. Maddi və mənəvi hər zaman Manafın yanında olmuşam".

Verilişdə qonaq olan Manaf Ağayev həmkarının ünvanına "Sən mənim qardaşımsan" deyib.

Qeyd edək ki, Manaf Vasifin ünvanına "Güvəndiyim dağlar sənə də qar yağdı" sözünü deyib. Daha sonra onlar sosial şəbəkədə bir-birini izləmədən çıxarıb.


Etiketlər:  Manaf Ağayevlə aralarında olan inciklikdən danışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ