Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Mart 2022 22:39
Son zamanlar pandemiya və müharibə yaşayan insanlarda stress, həyəcan səbəbindən təşviş və əsəb pozuntuları yaranıb.
Stresə qarşı davamlı olmaq üçün Rusiyanın baş psixiatrı Zurab Kekelidze 8-8-8 qaydasını açıqlayıb.
Sonxeber.net bakupost.az-a xəbər verir ki, həkim ilk öncə gündəlik xəbərləri az izləməyi və yalnız etibarlı mənbələrdən məlumat almağı tövsiyə edir.
Psixi sağlamlığı qorumaq üçün üç 8 qanununa əməl edin
- Axşam 8 saat gecə yuxusu
- 8 saat işləmək
- 8 saat istirahət - evdə və ya açıq havada
Bu qaydalara əməl etmədikdə insanın psixikası yüklənir, sinir sistemi sıradan çıxır.
Bu qayda uşaqlara da aiddir.
İstənilən psixi narahatlıqda ilk üz tutmalı olduğunu həkim psixiatrdır. O, sizi yoxlayıb, patologiya olmadığını görməli, dəqiq diaqnoz qoymalı, ondan sonra dərman müalicəsi və psixoloq yanına getmək lazımdır.