Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2019 11:36
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib.
Yığmamızı yenidən Faiq Qarayev çalışdıracaq.
6 ay əvvəl Yaponiyada keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra səhhəti ilə bağlı məşqçilik karyerasını başa vurduğunu açıqlayan təcrübəli mütəxəssis yenidən komandanın “sükanı arxasına” qayıdıb.
Qeyd edək ki, F.Qarayev Azərbaycan Voleybol Federasiyasında 1-ci vitse-prezident vəzifəsində çalışır.(ona.az)