Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur cütlüyün evindən oğurluq edildi

Məşhur cütlüyün evindən oğurluq edildi

Tarix: 31 Mart 2022 18:00

Dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə həyat yoldaşı, britaniyalı modelyer Viktoriya Bekhemin Londondakı 40 milyon funt sterlinq dəyərindəki malikanəsindən oğurluq edilib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, hadisə zamanı cütlük və 10 yaşlı qızları Harper evdə olub. Oğru üst qatdakı pəncərəni sındıraraq evə daxil olub və bir çox qiymətli əşyanı oğurlayıb.

Hadisənin ilk fərqinə varan şəxs isə cütlüyün 17 yaşlı oğlu Kruz olub. Dostları ilə əyləndikdən sonra evə qayıdan Kruz pəncərənin sındığını görüb və evdəkilərə xəbər verib. Onlar dərhal polisə müraciət ediblər.

İlkin məlumata görə, maskalı şəxs malikanədən minlərlə funt-sterlinq dəyərində olan zərgərlik əşyalarını oğurlayıb.


Etiketlər:  Məşhur cütlüyün evindən oğurluq edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ