Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 18:34
Fransa Rusiyanın qazın qiymətinin rublla ödənilməsi tələbini qəbul etməyəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Fransanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire mətbuat brifinqində deyib.
"Mən sizə G7 bəyanatını xatırlatmaq istəyirəm. Biz qazın başqa valyutada ödənilməsi tələbini qəbul etməyəcəyik. Bu, müqavilələrdə nəzərdə tutulmayıb. Müqavilə müqavilədir və ona ciddi əməl edilməlidir", - fransalı nazir vurğulayıb.